ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan məhsulları Çində nümayiş olunur

Çin Xalq Respublikasının Çendu şəhərində "China Food and Drinks Fair and TAOWINE Hotel Show” sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sərgidə şərab və digər spirtli içki istehsalı sahəsində fəaliyyət göstərən 10-dan çox Azərbaycan şirkətinin məhsulları “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Tədbir çərçivəsində Azərbaycan şərablarının dequstasiyası keçirilir, sərgi iştirakçıları Azərbaycan şərablarının dadını və keyfiyyətini yüksək qiymətləndirirlər.

Qeyd edək ki, sərgi aprelin 9-dək davam edəcək.