ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Çendu şəhərində 2021-ci ilin 21-27 mart tarixlərində keçiriləcək "China Food and Drinks Fair and TAOWINE Hotel Show" sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Çendu şəhərində 2021-ci ilin 21-27 mart tarixlərində keçiriləcək "China Food and Drinks Fair and TAOWINE Hotel Show" sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir. Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 15 şirkət. İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr: 

XİFMN üzrə məhsulun kodu Məhsulun adı

  2203 Səməni pivəsi

  2204 Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu

  2205 Vermutlar və bitki və ya aromatik ekstrakların əlavəsi ilə digər təbii üzüm şərabları

  2206 Digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları

  2208 Denaturasiya olunmamış etil spirti, 80 həcm %-dən az spirt qatılığı ilə; spirtli tinkturalar, likörlər və digər spirtli içkilər

 

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 26 yanvar 2021-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

 

Seçim meyarları:

ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

 

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

 

Ərizə;

dəstək tədbirində iştirakla bağlı Şərtlər;

sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

 

Sənədlər aşağıdakı ünvan üzrə 15 yanvar 2021 ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

 

Əlavə məlumat üçün:

Aybəniz Məmişova

AZPROMO - Marketinq üzrə menecer

Tel: +99412 5980147/48 (daxili 124)

E-mail: [email protected]

E-mail: [email protected]